XƏBƏRLƏR

“Akkuyu” AES Türkiyənin ümumi enerji ehtiyacının 10 %-ni ödəyəcək

APREL 27, 2023

Türkiyənin ilk atom elektrik stansiyası (AES) olan “Akkuyu” istismara verildikdən sonra burada ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal etmək planlaşdırılır və bu da ölkənin ümumi enerji ehtiyacının 10 %-ni qarşılayacaq.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, bu atom elektrik stansiyasının istismar müddəti təxminən 60 ildir. Daha sonra nəzarət və yoxlamaların nəticələrinə əsasən bu müddət 20 il də uzadıla bilər. “Akkuyu”nun Türkiyənin iqtisadi inkişafına verəcəyi töhfə 50 milyard ABŞ dolları qiymətləndirilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin aprelin 27-də videobağlantı vasitəsilə “Akkuyu” AES-in birinci bloku üçün ilk nüvə yanacağının təhvil verilməsi mərasimində iştirak edəcəklər.

Stansiyanın birinci enerji bloku lazımi sazlama işlərindən və Türkiyənin Atom Enerjisinə Nəzarət İdarəsinin təsdiqindən sonra bir il ərzində istifadəyə veriləcək.

https://report.az/energetika/akkuyu-aes-turkiyenin-umumi-enerji-ehtiyacinin-10-ni-odeyecek/