XƏBƏRLƏR

Macarıstan Azərbaycanla “yaşıl dəhliz” layihəsinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır

MAY 01, 2023

Macarıstan Azərbaycanla “yaşıl dəhliz” layihəsinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

"Azərbaycan-Macarıstan əlaqələrinin enerji sektorunda intensivliyi təbii qaz sahəsində özünü çox yaxşı göstərir. Bununla belə, biz başa düşürük ki, Azərbaycanın bərpa olunan enerji sahəsində böyük potensialı da var", - deyə səfir bildirib.

Səfir qeyd edib ki, Cənubi Qafqazdan “yaşıl” elektrik enerjisi Gürcüstan və Rumıniya vasitəsilə Macarıstanın enerji təchizatının şaxələndirilməsi və təmin edilməsi üçün bir imkandır.

"2022-ci ildə Qara dəniz sualtı kabel layihəsinin həyata keçirilməsi ilə bağlı texniki və maliyyə məsələlərinin nəzərdən keçirilməsinə başlanılıb. Bu, demək olar ki, 1200 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəməri olacaq. Macarıstan hökuməti layihədə iştirak etməyə hazırdır”, - deyə T.Torma əlavə edib.

Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və təchizatı sahəsində strateji tərəfdaşlıq haqqında saziş ötən ilin dekabrında Buxarestdə (Rumıniya) imzalanıb.

https://az.trend.az/business/energy/3742214.html