XƏBƏRLƏR

Azərbaycanda 2022-ci ildə günəş enerjisinin toplam gücü artıb – Beynəlxalq agentlik

MAY 01, 2023

2022-ci ildə Azərbaycanın su enerjisinin toplam gücü 51 meqavat olub, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) nəşrində deyilir.

Agentliyin məlumatlarına əsasən, bu göstərici 2021-ci illə müqayisədə (48 meqavat) 6,25 faiz, 2020-ci illə müqayisədə (35 meqavat) 45,7 faiz, 2019-cu illə müqayisədə (33 meqavat) isə 54,5 faiz artıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi gücü 1339 meqavat olub. Bu göstərici 2021-ci illə (1316 meqavat) müqayisədə 1,74 faiz artıb.

IRENA-nın məlumatına görə, 2022-ci ildə bərpa olunan enerji mənbələrinin payına dünyanın müəyyən edilmiş enerji gücünün 40 faizi düşüb.

"2022-ci ildə bərpa olunan enerji mənbələrinin gücündə təqribən 295 qiqavat olmaqla bugünədək ən böyük artım müşahidə olunub", - hesabatda deyilir.

https://az.trend.az/business/3741625.html