Türkiyənin Konya vilayətində mayın 5-də Avropanın ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq, 1350 MVt gücü olan “Karapınar” GES “Kalyon Energy” şirkətinə məxsusdur.
20 milyon kvadratmetr ərazini əhatə edən GES-in quraşdırma işlərinə 2020-ci ilin yanvarında başlanılıb.
“Karapınar” GES-in tam gücü ilə fəaliyyətə başlaması ilə Türkiyənin müəyyən edilmiş günəş enerjisi potensialı 20% artacaq. Günəş elektrik stansiyası “Kalyon Fotovoltaik” şirkətinin istehsal etdiyi 3 256 038 günəş panelindən ibarətdir.
GES illik 3 milyard kVt elektrik enerjisi istehsal edəcək.
https://report.az/energetika/turkiyede-avropanin-en-boyuk-gunes-elektrik-stansiyasi-istifadeye-verilecek/