Avropada çərşənbə axşamı qaz fyuçerslərinin qiyməti təxminən 1 % artıb və hər min kubmetr üçün 420 ABŞ dolları civarındadır, bu barədə London ICE birjasının məlumatında deyilir.
TTF (Avropanın ən böyük habı, Niderlandda yerləşir) indeksi üzrə iyun (ən yaxın) fyuçersləri ticarəti hər min kubmetr üçün 426 ABŞ dolları olmaqla açıb. Sonra fyuçerslərin dəyəri 421,9 ABŞ dollarına (+0,6 %) qədər azalıb. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə - hər min kubmetr üçün 419,4 ABŞ dolları səviyyəsinə əsaslanır.
https://report.az/energetika/avropada-qazin-birja-qiymetleri-texminen-1-artib/