Bu ilin yanvar-aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalı 1,1 milyon kVt/saat yaxud 6,1 % artaraq 19,1 milyon kVt/saat təşkil edib.
Qeyd edilən dövrdə külək elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin həcmi 10,8 milyon kVt/saat və ya 33,54 % azalaraq 21,4 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 7,5 milyon kVt/saat yaxud 9,87 % artaraq 83,5 milyon kVt/s təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-aprel aylarına nisbətən istilik elektrik stansiyalarında (İES) 633,2 milyon kVt/saat və ya 7,34 % artaraq 9 milyard 266,1 milyon kVt/saat, su elektrik stansiyalarında 30,6 milyon kVt/saat yaxud 7,14% azalaraq 462 milyon kVt/saat, digər mənbələr üzrə isə 2,1 milyon kVt/saat və ya 1,67 % azalaraq 124 milyon kVt/saat təşkil edib.
Qeyd edək ki, 4 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,3 milyon kVt/saat, yəni 6,5 % artaraq 9 milyard 852,1 milyon kVt/saat olub.
https://report.az/energetika/azerbaycanda-gunes-elektrik-enerjisinin-istehsali-6-artib/