XƏBƏRLƏR

Şəbəkədə bərpa olunan enerjinin payının artırılmasına texniki yardım göstəriləcək

MAY 18, 2023

“Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım” layihəsinin başlanğıc görüşü keçirilib.

Görüşdə Dünya Bankının dəstəyi ilə “CESİ” məsləhətçi şirkəti tərəfindən həyata keçiriləcək layihə nəzərdən keçirilib, layihə üzrə görüləcək işlər, atılacaq addımlar, hədəflər və gözlənilən nəticələr müzakirə edilib.

Layihənin əsas məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına əldə olunacaq elektrik enerjisinin şəbəkəyə ötürülməsi ilə əlaqədar müvafiq təhlillərin aparılması və hesabatın hazırlanmasıdır.

Görüşdə Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi,  “Azərişıq” ASC və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

https://report.az/energetika/sebekede-berpa-olunan-enerjinin-payinin-artirilmasina-texniki-yardim-gosterilecek/