XƏBƏRLƏR

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planı hazırlanacaq

MAY 19, 2023

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planı hazırlanacaq.

Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı tədbirlər planının layihəsini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

https://report.az/energetika/elektrik-enerjisi-bazari-elementlerinin-merheleli-tetbiqi-ile-bagli-tedbirler-plani-hazirlanacaq/