XƏBƏRLƏR

Macarıstan Aİ-ni Azərbaycandan qaz tədarükünü artırmaq üçün vəsait ayırmağa çağırır

MAY 25, 2023

Avropa İttifaqı qitənin cənub-şərqində boru kəmərləri sisteminin modernləşdirilməsinə maliyyə yardımı göstərməsə, Azərbaycan qazı böyük həcmdə Avropaya daxil ola bilməyəcək.

Trend xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Moldovalı həmkarı Nikolay Popesku ilə danışıqlardan sonra Kişinyovda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı, xüsusən də Macarıstana və Mərkəzi və Şərqi Avropanın digər ölkələrinə tədarük olunacaq qaz ticarətini genişləndirmək barədə razılığa gəliblər. Lakin bunun üçün "çox vacib şərt" var – regionda böyük həcmdə yanacağın qəbul edilməsi üçün gücü hələlik kifayət etməyən müvafiq infrastrukturun hazırlanması.

"Biz Brüsseldən tələb edirik ki, Aİ büdcəsindən Cənub-Şərqi Avropanın qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait ayırsın", - deyə o bildirib. O qeyd edib ki, “Brüssel indiyədək passiv olub” və onsuz belə irimiqyaslı işləri maliyyələşdirmək mümkün olmayacaq.

Nazir xatırladıb ki, bundan əvvəl Budapeşt və Bakı arasında uzunmüddətli müqavilə əsasında ildə 1-2 milyard kubmetr qazın tədarükü ilə bağlı razılıq əldə olunub. Hələ fevral ayında Macarıstan hökuməti bu ilin sonuna qədər Azərbaycandan ilk 100 milyon kubmetri almağı gözlədiyini açıqlamışdı.

https://az.trend.az/business/energy/3752795.html