Azərbaycanda bərpa olunan enerji mənbələri layihələrinə dair investorlar qarşısında qoyulmuş şərtlər açıqlanıb. Bunu Bakıda keçirilən “İnvestorlarla imzalanan müqavilələrin əsas şərtlərinin razılaşdırılması və risklərin minimallaşdırılması” mövzusunda seminarda çıxışı zamanı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşı deyib.
Bərpa olunan enerji mənbələri layihələrinə dair investorlarla aparılan danışıqlar çərçivəsində müqavilələrin razılaşdırılması, layihələrə cəlb olunan tərəflərin risklərinin minimallaşdırılması, eləcə də layihələrin beynəlxalq maliyyə institutları tərəfindən səmərəli hesab olunması və zəruri şərtlərin müqavilələrə daxil edilməsi vacibdir.
Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri və beynəlxalq hüquq şirkətinin hüquqşünasları tərəfindən keçirilən seminarda həmçinin, Energetika Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri iştirak edib.
https://report.az/energetika/azerbaycanda-alternativ-enerji-layihelerine-dair-investorlar-qarsisinda-qoyulmus-sertler-aciqlanib/