Cənub Qaz Dəhlizi bütövlükdə Avropanın enerji imkanlarını dəyişdi, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson jurnalistlərlə görüşündə deyib.
“Çox şanslıyıq ki, Azərbaycan və Böyük Britaniya arasında münasibətlər bu qədər yaxındır”, - o deyib. Nikolson BP-nin Azərbaycanda ən böyük xarici investorlardan biri olduğunu bildirib.
O, məmnunluqla qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında tərəfdaşlıq çox güclüdür və bütövlükdə bütün Avropa bu tərəfdaşlıqdan bəhrələnir”.
E.Nikolson BP-nin son bir neçə ildə yaşıl siyasət yürütdüyünü vurğulayıb:
“Əgər Azərbaycan tərəfinin yaşıl enerji infrastrukturu üçün maliyyə mənbəyinə ehtiyacı varsa, onda Böyük Britaniyanın Maliyyə İxrac Departamenti bu istiqamətdə Azərbaycana kömək edə bilər”.
https://report.az/energetika/britaniya-bas-nazirinin-azerbaycan-uzre-ticaret-elcisi-cenub-qaz-dehlizi-avropanin-enerji-imkanlarini-deyisib/