Azərbaycan və ABŞ arasında ətraf mühitin qorunması baxımından bərpa olunan enerji sektorunda innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Payet arasında görüş keçirilib, ölkələrimiz arasında enerji tərəfdaşlığı məsələləri müzakirə edilib, Azərbaycanın “yaşıl” enerji ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəfləri diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin “yaşıl enerji” ölkəsinə transformasiyası (ənənəvi enerji mənbələrindən “yaşıl” enerjiyə keçid) prosesinə ABŞ-ın dəstəyi, ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialının reallaşdırılması və səmərəli istifadəsi məsələləri də müzakirə edilib.
https://report.az/energetika/azerbaycan-ve-abs-yasil-enerji-ye-kecid-layihelerini-muzakire-edib/