"NEQSOL Holdinq"ə daxil olan "Nobel Energy" şirkəti Naxçıvan şəhərində 400 MVt gücündə günəş elektrik stansiyasını inşa edəcək, hasil ediləcək elektrik enerjisi isə qismən Türkiyəyə ixrac olunacaq, bununla bağlı Azərbaycan Energetika Nazirliyi ilə "Nobel Energy" arasında Anlaşma Memorandumu imzalanıb.
Məlumata görə, bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşfiq olunması baxımından mühüm bir hadisənin tərənnümüdür.
Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji zonaları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.
Bu memorandum iqtisadi böyüməni və davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. Günəş elektrik stansiyası təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə edəcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.
"Nobel Energy" şirkətinin baş icraçı direktoru Vüqar Səmədli imzalanma mərasimində qeyd edib ki, bu anlaşma transformasiya şirkətin strategiyasının əsas istiqamətlərindən olan ətraf mühitə təsirləri azaltmaqla yanaşı, bütün maraqlı tərəflərlə əlverişli və etibarlı enerji əldə etməyə kömək etmək həllərin təmin edilməsinin təzahürüdür.
https://report.az/energetika/nobel-energy-naxcivanda-400-mvt-gucunde-gunes-elektrik-stansiyasi-tikecek/