XƏBƏRLƏR

Pakistan Azərbaycandan maye qaz alacaq

İYUN 06, 2023

Pakistan hökuməti yanında iqtisadi əlaqələndirmə komitəsi Azərbaycan Dövlət Nef Şirkəti SOCAR-dan maye təbii qaz alışı barədə müqaviləni bu gün təsdiqləyə bilər.

Federal hökumət dünya bazarında maye təbii qaz alışının maliyyə yükünün azaldılması məqsədilə hökumətlərarası sazişlər çərçivəsində Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-dan ayda bir partiya maye təbii qaz satın almaq qərarına gəlib.

Lazımi icazələr alındıqdan sonra PLL və SOCAR arasında SOCAR-dan beynəlxalq bazarda üstünlük təşkil edən spot qiymətlərdən ucuz qiymətə maye təbii qaz satın almağa imkan verəcək saziş bağlanacaq.

SOCAR müvafiq çatdırılma üçün 45 günlük pəncərə təqdim etməklə ayda bir partiya maye təbii qaz təklif edəcək. Lakin PLL yükü alıb-almamaq barədə qərarı 24 saat ərzində qəbul etməli olacaq.

https://az.trend.az/business/energy/3757544.html