XƏBƏRLƏR

Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək

İYUN 06, 2023

Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Sənəddə qeyd olunub ki, layihənin icraçısı SOCAR-dır.

Yekun nəticədə Naxçıvan Muxtar Respublikası ərazisində qaz təchizatının dayanıqlığı yaxşılaşdırılacaq.

https://az.trend.az/business/3757873.html