Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda işlənməyə başladıqdan 2023-cü il mayın 1-dək 207,8 milyard kubmetr qaz hasil olunub.
Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbədən məlumat verilib.
Bu müddət ərzində "Çıraq" yatağında hasilatın ümumi həcmi 30,4 milyard kubmetr, "Azəri" və "Dərinsulu Günəşli" yataqlarında isə müvafiq olaraq 160 milyard kubmetr və 17,4 milyard kubmetr olub.
Layihənin operatoru olan bp-nin son məlumatlarına əsasən, 2023-cü ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi 2022-ci ilin birinci rübündəki gündəlik 434 000 barellə müqayisədə gündə orta hesabla 386 000 barel olub.
AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
https://az.trend.az/business/energy/3757742.html