XƏBƏRLƏR

SOCAR və “Citi Bank" enerji sahələrində əməkdaşlığı nəzərdən keçirib

İYUN 08, 2023

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “Citi” investisiya bankı arasında neft, qaz, neft-kimya, bərpa olunan enerji sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Müzakirələr SOCAR prezidenti Rövşən Nəcəfin “Citi” investisiya bankının Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru David Livinqston ilə keçirdiyi görüşdə aparılıb.

Bildirilir ki, görüşdə beynəlxalq maliyyə bazarlarındakı vəziyyət müzakirə edilib. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR ilə “Citi Bank” arasında regionun iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhfə verən bir sıra strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi də daxil olmaqla 15 ildən artıq davam edən tərəfdaşlıq əlaqələri mövcuddur.

https://report.az/energetika/socar-ve-citi-bank-enerji-sahelerinde-emekdasligi-nezerden-kecirib/