Moldova Azərbaycandan qaz idxalının mümkünlüyünə ümid edir.
Bu barədə Moldova Respublikasının Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan deyib.
O qeyd edib ki, 2021-ci ilədək Moldova təbii qazın bir mənbəyindən - Rusiyadan 100 faiz asılı olub.
"Biz artıq bu ölkənin təbii qazından istifadə etmirik. Moldova çox qısa bir zamanda çətin yoldan keçmək məcburiyyətində qalaraq Avropa bazarlarında təbii qaz satın alıb. Bizim bu istiqamətdə səriştəmiz yox idi. ABŞ, Aİ, həmçinin Rumıniyanın dəstəyi ilə bu gün biz Avropa bazarında təbii qaz satın alırıq. Əlbəttə ki, bunlar qısamüddətli layihələrdir və biz daha uzun müddətə, bir neçə illik müqavilələr bağlamaq istərdik. Bu gün Moldova bu həllərin axtarışındadır. Biz daha öncə də Azərbaycandan təbii qaz satın almaqda maraqlı olduğumuzu bildirmişik və ümid edirik ki, bu mümkün olacaq. Təbii qaz satın almağı nəzərdən keçirdiyimiz digər ölkələrə gəlincə, bu əlbəttə ki, özünün mənbələri olan Rumıniyadır", - K.Borasan deyib.
https://az.trend.az/business/energy/3759063.html