Azərbaycanın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.
“Astanada IRENA-nın baş direktoru Francesco La Camera ilə görüşdük. Bərpa olunan enerji sahəsində inkişaf proseslərinə və Azərbaycanın IRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.
https://report.az/energetika/azerbaycanin-irena-surasina-uzvluyu-cercivesinde-fikir-mubadilesi-aparilib/