Rumıniya bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare bildirib.
"Bununla bağlı artıq işçi qruplar fəaliyyət göstərir, biz mütəmadi olaraq əlaqə saxlayırıq və bu sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarını tapırıq”, - V. Soare qeyd edib.
Onun sözlərinə görə, Rumıniyanın Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi strategiyası var: "Təbii ki, bunlardan ən vacibi enerji sahəsidir. Lakin digər sahələrdə, xüsusən də iqtisadi əməkdaşlığın inkişafında böyük imkanlar var. Rumıniyada Azərbaycan-Rumıniya Biznes Forumunun keçirilməsini xüsusilə qeyd etmək lazımdır”.
Səfir iki xalqı birləşdirən mədəni əməkdaşlığın əhəmiyyətindən də danışıb. Onun sözlərinə görə, il ərzində Rumıniya ədəbiyyatından nümunələr olan üç toplu Azərbaycan dilinə tərcümə olunub.
https://report.az/energetika/sefir-ruminiya-berpa-olunan-enerji-sahesinde-azerbaycanla-tecrubesini-bolusmeye-hazirdir/