Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “Oceaneering International” şirkəti ilə fəaliyyət göstərdiyi sahələrdə müasir texnologiyaların istifadəsi istiqamətində potensial əməkdaşlıq imkanları nəzərdən keçirib.
Bununla bağlı müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin “Oceaneering International” şirkətinin prezidenti və baş icraçı direktoru Roderick Larson ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə SOCAR ilə “Oceaneering International” şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, tərəflər arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından danışılıb, bu xüsusda dayanıqlı inkişafın gücləndirilməsi məqsədilə innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən “Oceaneering International” şirkəti beynəlxalq şirkətlərə mühəndislik xidmətləri və avadanlıqlar təqdim edən, sualtı mühəndislik və tətbiqi texnologiya şirkətidir.
https://report.az/energetika/socar-abs-sirketi-ile-muasir-texnologiyalarin-istifadesi-uzre-emekdasligi-nezerden-kecirib/