XƏBƏRLƏR

“OMV Petrom” Rumıniyanın cənubunda yeni neft yataqları kəşf edib

İYUN 13, 2023

Rumıniyanın “OMV Petrom” şirkəti (Avstriyanın OMV neft şirkəti tərəfindən idarə olunur) Rumıniyanın cənubunda, Olteniya və Munteniya bölgələrində yeni neft və qaz yataqları kəşf edib.

“Kəşf edilmiş yataqlarda toplamda 30 milyon bareldən çox neft ekvivalentində çıxarıla bilən ehtiyatlar mövcuddur ki, bu da “OMV Petrom”un 2022-ci ildə hasilatının təxminən dörddə üçünə bərabərdir. Bu üç quyunun kəşfiyyat qazması və sınaqları 2022-ci ilin iyunundan 2023-cü ilin aprelinə qədər aparılıb. Şirkət layihəyə təqribən 20 milyon avro sərmayə qoyub”, - məlumatda deyilir.

Qeyd edək ki, Verquleas (Oltenia) kəşfiyyat sahəsindəki yataq şirkət üçün son onilliklərin ən böyük yatağı olub və şirkətin ehtiyatlarını 20 milyon barel neft ekvivalenti artırıb.

Tarqovişte kəşfiyyat blokunda aşkar edilmiş neft ehtiyatları isə 6 milyon barrel neft ekvivalenti qiymətləndirilir, hazırda həmin sahədə istismardan öncəki işlər aparılır.

Üçüncü kəşf Tırqu Jiu kəşfiyyat blokunda 7 milyon barel neft ekvivalentlik təbii qaz ehtiyatlarının müəyyən edilməsi ilə bağlıdır. Bu həcm Rumıniyanın 2022-ci ildə təbii qaz hasilatının təxminən üçdə birinə bərabərdir. Şirkət gələn il bu blokda daha bir quyu qazmağı planlaşdırır.

https://report.az/energetika/omv-petrom-ruminiyanin-cenubunda-yeni-neft-yataqlari-kesf-edib/