Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 11 milyard 886,5 milyon kVt/saat təşkil edib.
Bu barədə Energetika Nazirliyinin 2023-cü ilin 5 ayı üzrə operativ məlumatlarında qeyd olunub.
Bildirilib ki, ölkədə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 629,3 milyon kVt/saat, yəni 5,6 % artıb.
Bu ilin may ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 034,3 milyon kVt/saat olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,9 milyon kVt/saat və ya 1,4 % çoxdur.
https://report.az/energetika/azerbaycanda-elektrik-enerjisinin-istehsali-5-den-cox-artib/