XƏBƏRLƏR

Qarabağda yaşıl iqtisadiyyatın inkişafı sürətlənməkdədir

İYUN 15, 2023

Qarabağda yaşıl iqtisadiyyatın inkişafı sürətlənməkdədir, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, əməkdar memar, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda deyib.

"Bu gün Qarabağda yaşıl iqtisadiyyatın inkişafı üzrə aktiv şəkildə iş aparılır və nəzəərçarpan sürətlə davam etdirilir. Ağıllı kənd layihələrinə və şəhərlərin modernizasiyasına xüsusi diqqət ayrılır. Bu sürətli proqres Azərbaycanın güclü iqtisadiyyatının əyani sübutudur. Qarabağda artıq canlanma prosesi başlayıb, operativ və uğurlu şəkildə həyata keçirilir. Güclü səylər sayəsində Qarabağın gələcəyi daha əlverişli formada bərpa olunacağı və bölgənin çiçəklənməsinə səbəb olacağı vədini verir", - o deyib.

Xatırladaq ki, iyunun 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən təşkil edilən konfransda Azərbaycanın nüfuzlu dövlət strukturlarının rəsmi simaları, həmçinin özəl müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna və Makedoniyanın aparıcı universitetlərinin alimləri iştirak edir.

https://az.trend.az/business/energy/3760914.html