Hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyası bərpa olunub, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, professor Elşən Hacızadə “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda deyib.
"Qarabağ hidroenerji potensialına malik regiondur. Hazırda Qarabağda 30-a yaxın su elektrik stansiyası bərpa olunub. İlin sonunadək digər SES-lərin bərpası üzrə işlər yekunlaşacaq. Yeni stansiyalar inşa ediləcək", - o deyib.
Xatırladaq ki, iyunun 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: məqsəd və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən təşkil edilən konfransda Azərbaycanın nüfuzlu dövlət strukturlarının rəsmi simaları, həmçinin özəl müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri, Türkiyə, Rusiya, Ukrayna və Makedoniyanın aparıcı universitetlərinin alimləri iştirak edir.
https://az.trend.az/business/energy/3760931.html