XƏBƏRLƏR

SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

İYUN 20, 2023

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf iyunun 19-da OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə OPEC arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə yaradılan “OPEC+” formatının strateji əhəmiyyət daşıdığı, bu xüsusda neft bazarlarının tənzimlənməsinə, tələb və təklif arasındakı balansın təmin edilməsinə dəyərli töhfə verdiyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində təmiz texnologiyalar ilə karbohidrogen hasilatının dayanıqlı şəkildə artırılmasının əhəmiyyəti vurğulanıb. Bu xüsusda, SOCAR-ın aşağı emissiyalı və innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qlobal neft bazarlarının mövcud vəziyyəti və gələcək proqnozlar, SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

https://report.az/energetika/socar-ile-opec-arasinda-emekdasliq-perspektivleri-nezerden-kecirilib/