Azərbaycan yeni enerji keçidi dövründə ənənəvi enerji resursları ilə bərabər alternativ, bərpaolunan enerji resurslarının inkişafında da öndə olmaq istəyir.
Bunu BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
"Bu istiqamətdə ciddi addımlar atılır. Ümumiyyətlə, bu günün uğurlarının arxasında ardıcıl siyasi və iqtisadi qərarlar dayanır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bərpa olunan enerji istehsalında regionda irəlidə olmaqda, aparıcı mövqeyimizi qorumaqda israrlıyıq. Bu, həm də gözəl imkandır. Zamanında bərpa olunan enerji sahəsində düzgün atdığımız addımlar hesabına regionun enerji liderinə çevrilə bilərik", - deyə o qeyd edib.
https://report.az/energetika/bextiyar-aslanbeyli-azerbaycan-berpaolunan-enerji-resurslarinin-inkisafinda-da-onde-olmaq-isteyir/