“Moldova Qara dənizin dibi ilə "yaşıl enerji" təchizatında maraqlıdır”,bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko deyib.
"Rumıniya, Gürcüstan, Macarıstan və Azərbaycan arasında imzalanmış sazişin enerji təhlükəsizliyinin inkişafına və möhkəmləndirilməsinə yönəlmiş daha bir maraqlı layihə olduğunu görürük. Moldova bu mühüm layihənin bir hissəsi olmaqda maraqlıdır", - o deyib.
Səfirin sözlərinə görə, hər kəs enerji təchizatının şaxələndirilməsinin vacibliyini başa düşür, Azərbaycan isə enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Avropa İttifaqının (Aİ) əsas tərəfdaşlarından birinə çevrilir.
Xatırladaq ki, ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
https://report.az/energetika/sefir-moldova-qara-denizin-dibi-ile-yasil-enerji-techizatinda-maraqlidir/