XƏBƏRLƏR

17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

İYUL 03, 2023

Azərbaycanın paytaxtında 17-ci Bakı Enerji Məktəbinin açılış mərasimi keçirilib.

Tədbiri ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Dövlət Neft Şirkəti (SOCAR), “BP-Azerbaijan”, “Kolin”, “Masdar” və “Total Energy” şirkətləri təşkil edib.

Tədbirinin açılışında çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev qeyd edib ki, Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirilməsi bu mövzunun aktuallığının göstəricisidir: “Bu sahədə lazımi təcrübəyə malik olan şəxslər buraya toplaşırlar və məktəbin populyarlığı artır”.

“Ümumiyyətlə, Azərbaycanın neft və təbii qaz hasilatı ilə bağlı zəngin tarixi var”, - o vurğulayıb.

Bu il yay məktəbi fərqli formatda keçiriləcək: yay məktəbinin bir hissəsi iyulun 3-14-də Bakıda, digər hissəsi isə Aktauda baş tutacaq.

https://report.az/energetika/17-ci-baki-yay-enerji-mektebinin-acilis-merasimi-kecirilib/