XƏBƏRLƏR

“Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası” təsdiqlənib

İYUL 05, 2023

Nazirlər Kabineti “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nı təsdiqləyib, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu Qayda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-4-cü maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır, müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını müəyyən edir.

Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

https://nk.gov.az/az/senedler/qerarlar/muayinenin-ve-texniki-xidmetin-heyata-kecirilmesin-7129