Nazirlər Kabineti “İxtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması, onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası”nı təsdiq edib, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu Qayda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6-5-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının forması və verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
İxtisaslaşmış podratçının işçisi, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan ixtisaslaşmış podratçı Energetiika Nazirliyindən ixtisas attestatı almaq üçün energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalı, habelə müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalıdır.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
https://report.az/energetika/nazirler-kabineti-ixtisaslasmis-podratcilarla-bagli-qaydani-tesdiqleyib/