Nazirlər Kabineti “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası”nı təsdiq edib, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bu Qayda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin 1-ci hissəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və müayinə və texniki xidmət məlumatları üzrə reyestrin (bundan sonra – Reyestr) aparılmasının və ondan istifadə edilməsinin təşkilati və hüquqi əsaslarını tənzimləyir.
Reyestrin məqsədi müayinə və texniki xidmət üzrə məlumatların vahid mənbədə toplanılması, saxlanılması, istifadəsi və istifadəçilər tərəfindən özlərinə aid və ya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq hesab edilən məlumatların əldə edilməsi, habelə Reyestrə daxil edilmiş məlumatlar əsasında Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunması üzrə monitorinq keçirilməsi yolu ilə nəzarətin həyata keçirilməsidir.
Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
https://nk.gov.az/az/senedler/qerarlar/muayine-ve-texniki-xidmet-melumatlari-uzre-reyestr-7130