Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə “OPEC plus” və ikitərəfli formatda enerji əməkdaşlığı məsələlərini müzakirə edib.
Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) tədbiri çərçivəsində baş tutan görüşdə qlobal neft bazarının cari vəziyyəti, tənzimləmə prosesi çərçivəsində hasilatın könüllü azaldılması ilə bağlı həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, gələcəkdə enerji bazarlarında qeyri-sabitlik və enerji çatışmazlığı probleminin yaranmaması üçün dialoqa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
https://report.az/energetika/perviz-sahbazov-seudiyyeli-hemkari-ile-enerji-emekdasligini-muzakire-edib/