XƏBƏRLƏR

Cənub Qaz Dəhlizi Avropa enerji bazarlarının inteqrasiyasına kömək edir

İYUL 13, 2023

“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycandan yeni təbii qaz tədarüklərini Avropa istehlakçılarına çatdıraraq Aİ-dəki enerji bazarlarının inteqrasiyasına kömək edir”.

Energetika üzrə ekspert Umud Şokriğ nin sözlərinə görə, rəqabət sayəsində bazarın şəffaflığı və qiymət sabitliyi təmin edilir: “Bu layihə rəqabəti, bazarın şəffaflığını və qiymət sabitliyini təşviq edir, həm istehsalçılar, həm də istehlakçılar üçün faydalıdır”.

Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi Aİ ölkələrini alternativ təbii qaz mənbəyi ilə təmin edir, onların vahid təchizatçıdan asılılığını və bazardakı inhisarı azaldır.

U.Şokri SGC-nin Avropanın enerji təhlükəsizliyini artırdığını vurğulayıb.

Onun fikrincə, Azərbaycanın “Şahdəniz” yatağından Cənub Qaz Dəhlizi ilə Avropaya nəql edilən təbii qaz qitədə sabit enerji balansı yaradır: “Təbii qaz qalıq yanacaq olsa da, digərləri ilə müqayisədə nisbətən təmiz enerji mənbəyi hesab olunur. Bu fakt Aİ-nin daha davamlı və aşağı karbonlu enerji balansına doğru irəlilədiyi bir vaxtda onu keçid yanacağına çevirir”.

https://report.az/energetika/ekspert-cenub-qaz-dehlizi-avropa-enerji-bazarlarinin-inteqrasiyasina-komek-edir/