XƏBƏRLƏR

Beynəlxalq Enerji Agentliyi 2024-cü ildə Azərbaycanda neft hasilatının artacağını gözləyir

İYUL 21, 2023

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə Azərbaycanda neft hasilatının gündəlik 0,64 milyon barel olacağını gözləyir. Proqnoz əvvəlki qiymətləndirmələrlə müqayisədə cüzi dəyişdirilərək 0,1 milyon barel azaldılıb.

Beləliklə, ölkədə neft hasilatı 2023-cü ilin birinci və ikinci rüblərində qiymətləndirmələrə görə, müvafiq olaraq gündəlik 0,64 milyon barel və və 0,62 milyon barel olub. Eyni zamanda agentlik bu ilin üçüncü rübündə Azərbaycanda neft hasilatının gündəlik 0,64 milyon barel, dördüncü rübdə isə gündəlik 0,65 milyon barel olacağını gözləyir.

Eyni zamanda, proqnozlara görə, 2024-cü ilin birinci rübündə ölkədə neft hasilatı gündəlik 0,67 milyon barelə, bütünlükdə 2024-cü ildə isə gündəlik 0,68 milyon barelə çatacaq.

IEA-nın məlumatlarına görə, 2022-ci ildə Azərbaycanda neft hasilatı gündəlik 0,67 milyon barel olaraq qiymətləndirilir.

2022-ci ildə Azərbaycanda neft hasilatı 32,6 milyon metrik tona (kondensat daxil olmaqla) çatıb. Neft ixracı 26 milyon metrik tondan çox olub ki, bu da 2021-ci illə müqayisədə təqribən 1,09 milyon metrik ton azdır.

Bütünlükdə bu il Azərbaycanda 33,4 milyon metrik ton neftin hasil edilməsi planlaşdırılır.

https://az.trend.az/business/energy/3775093.html