Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "yaşıl enerji" və infrastrukturun inkişafı istiqamətində potensial layihələri müzakirə edib, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev tvitter hesabında bildirib.
"AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə ölkəmizin Bankla səmərəli əməkdaşlığı, "yaşıl enerji" və infrastrukturun inkişafı istiqamətində potensial layihələr və AİİB-in Azərbaycanda gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
https://report.az/energetika/azerbaycan-ve-aiib-yasil-enerji-uzre-potensial-layiheleri-muzakire-edib/