XƏBƏRLƏR

Azərbaycanla BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında Əməkdaşlıq Çərçivəsi təsdiqlənib

AVQUST 02, 2023

Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi təsdiq edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmanda qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərəcək.

Xatırladaq ki, sözügedən sənəd ötən ilin noyabrın 14-də imzalanıb.

https://report.az/xarici-siyaset/azerbaycanla-bmt-nin-senaye-inkisafi-teskilati-arasinda-emekdasliq-cercivesi-tesdiqlenib/