XƏBƏRLƏR

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması” təsdiqlənib

AVQUST 03, 2023

Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarın məqsədi Prezident İlham Əliyevin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli fərmanını icra etməkdir.

https://report.az/energetika/enerji-resurslarindan-semereli-istifade-ve-enerji-effektivliyi-barede-hesabatin-formasi-tesdiqlenib/