XƏBƏRLƏR

Yaponiya şirkətləri ilə yaşıl hidrogen istehsalı müzakirə edilib

AVQUST 04, 2023

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov, “Caspian Hydrogen Development Group LLC” şirkətinin sədri Teymur Abbasov, Yaponiyanın “Toyota Tsusho Cooperation” şirkətinin Yeni layihələrin inkişafı departamentinin meneceri Fumihiko Sato və “Eurus Energy” şirkətinin menecer müavini Tomataka Vatanabeni ilə bərpa olunan enerji mənbələri layihələrini və yaşıl hidrogen istehsalını müzakirə edilib. .

Tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra Azərbaycanda yaşıl hidrogen istehsalı və tətbiqi sahələri və digər mövzular üzrə məlumat mübadiləsi aparılıb.