Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) ilin sonuna qədər hazır olmalıdır.
“Tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonunadək başa çatdırılmalıdır”- məlumatda vurğulanıb.
Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Xaeri, eləcə də üç ölkənin maraqlı enerji şirkətlərinin nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda qəbul edilib.
Rusiya energetika nazirinin müavini Pavel Snikkars bildirib ki, bu günə kimi layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması davam etdirilir və bu istiqamətdə bir sıra mərhələlər razılaşdırılıb:
“İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir”.
https://report.az/energetika/azerbaycan-iran-ve-rusiyanin-enerji-sistemlerinin-birlesdirilmesi-uzre-tie-ilin-sonunadek-hazirlanacaq/