Dünya üzrə 20 ölkədə fəaliyyət göstərən dəniz külək elektrik stansiyalarının (QES) quraşdırılmış gücünün 2023-2027-ci illərdə hər il ortalama 26 giqavat artaraq 194 giqavata çatacağı gözlənilir.
Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilib.
Məlumata görə, 2022-ci ildə qlobal dəniz külək elektrik stansiyalarının quraşdırılmış gücü 8,8 giqavat və ya 15,9 % artaraq 64,3 giqavata yüksəlib.
Hazırda dənizin ən azı 60 metr dərinliyində quraşdırılan dəniz külək elektrik stansiyaları ilə yanaşı üzən dəniz elektrik stansiyaları da quraşdırıla bilər və onların əhatəsinin 2030-cu ilədək genişlənəcəyi proqnozlaşdırılır.
2022-ci ildə dəniz külək elektrik stansiyalarının quraşdırılmış gücündə Çin lider ölkə olub. O, ötən il QES-in quraşdırılmış gücünə 5,052 min megavat artıraraq 31,442 min meqavata çatdırıb. Növbəti pillələrdə isə Böyük Britaniya (il ərzində 1 179 megavat artıraraq 13,918 min megavata çatdırıb) və Almaniya (342 megavat artıraraq 8,055 min megavat) qərarlaşıb.
https://report.az/energetika/irena-qlobal-deniz-kulek-elektrik-stansiyalarinin-qurasdirilmis-gucu-2028-ci-iledek-200-giqavata-catacaq/