XƏBƏRLƏR

Böyük Britaniya atom energetikasının inkişafı haqqında düşünür

AVQUST 21, 2023

Böyük Britaniya hökuməti əsas enerji mənbəyi kimi atom energetikasının inkişafına sadiqdir, lakin milli təhlükəsizlik məsələlərinə görə Çin investisiyalarından ehtiyatlanır.

Bu barədə Böyük Britaniyanın nüvə energetikası naziri Endryu Boui “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib.

“Britaniya hökuməti, demək olar, otuz illik kifayət qədər maliyyələşmədən sonra yeni atom energetikası siyasətinə tam sadiqdir. Ümumilikdə əcnəbi investorlar üçün açığıq”, - nazir deyib.

Eyni zamanda, o əlavə edib ki, milli təhlükəsizlik üçün nəticələri nəzərə alaraq, Rusiya və Çin investorlarına münasibətdə “müəyyən qaydalar” olacaq.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən britaniyalılar ilk dəfə olaraq nüvə energetikasına ölkənin enerji təhlükəsizliyini qorumaq üçün imkan kimi müsbət tərəfdən baxırlar. Amma Çin investorlarının iştirakı ilə reallaşan bir çox iri nüvə layihələri maliyyələşdirmə mübahisələri ilə ad çıxarıb, çünki qanunvericilər Çinin Britaniyanın kritik infrastrukturunda iştirakından narahatdırlar.

2022-ci ildə enerji böhranı başlayandan Böyük Britaniya hökuməti Rusiyadan enerji idxalını azaltmaq üçün addımlar atıb. Ukraynada müharibə başlayandan sonra Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb.

https://report.az/energetika/boyuk-britaniya-atom-energetikasinin-inkisafi-haqqinda-dusunur/