Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamaxmudov ilə keçirdiyi görüşdə Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsini müzakirə edib.
Tərəflər həmçinin karbohidrogen ehtiyatların işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilən tapşırıqlardan irəli gələn məsələlər müzakirə olunub, Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda avqustun 21-də Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində imzalanan sənədlərin əhəmiyyəti qeyd olunub.
https://report.az/energetika/socar-ozbekistanla-birge-layihelerin-heyata-kecirilmesini-muzakire-edib/