XƏBƏRLƏR

Azərbaycandakı binalar üçün enerji sərfinin hesablanması ölkəyə nə verəcək?

AVQUST 29, 2023

Nazirlər Kabinetinin avqustun 26-da təsdiqlədiyi “Binalar üçün minimum enerji effektivliyi Normaları”na əsasən, Azərbaycandakı binalar üçün enerji sərfinin hesablanması nəzərdə tutulur.

Bəs bu hesablanma ölkəyə nə verəcək, hansı məqsəd daşıyır?

Ölkə Prezidentinin 21 avqust 2022-ci il tarixli fərmanına əsasən binalar üçün minimum enerji effektivliyi normalarının və binaların enerji effektivliyi üzrə pasportlaşdırma qaydalarının təsdiq edilməsi tapşırılıb.

"Binalar üçün minimum enerji effektivliyi normaları" binaların enerji effektivliyi üzrə sinifləndirilməsi məqsədilə normaların müəyyən edilməsi məqsədi daşıyır. Binanın enerji sinfi həmin binada istehlak olunan enerji miqdarının normadan kənarlaşması ilə müəyyən edilir. Lakin bunun üçün əvvəlcə binaların təyinatından asılı olaraq həmin binalarda hər kvadrat metr üçün minimum enerji istehlakı norması təsdiq edilməlidir. Bu məqsədlə hazırda qüvvədə olan tikinti norma və qaydaları binalarda enerji effektivliyinin təmin edilməsi məqsədilə təkmilləşdirilməli və onların əsasında enerji sərfinin hesablanması metodologiyası təsdiq edilməldir. Metodologiya istər layihələndirilən, istərsə də mövcud binada istehlak olunacaq və ya olunan enerji miqdarının və onun normadan nə qədər kənarlaşdığını, bununla da binanın A, B, C, D və ya E sinfinə aid olduğunu müəyyən etməyə imkan verəcək.

Enerji effektivliyi nəzərə alınmaqla tikinti norma və qaydalarının təkmilləşdirilməsi yeni binaların daha enerji effektivliyi, enerji qənaətli tikilməsinə gətirib çıxaracaq. Belə ki, enerji qənaətli binalar bina mülkiyyətçilərinin, idarəçilərinin və sakinlərin enerji xərclərini azaltmaqla yanaşı, ölkənin enerji resurslarına da qənaəti təmin edir və enerjinin istehsalı və istehlakı zamanı yaranan istixana qazlarının havaya atılmasını da azaldır” - deyə Nazirlik bəyan edib.

https://report.az/energetika/azerbaycandaki-binalar-ucun-enerji-serfinin-hesablanmasi-olkeye-ne-verecek/