XƏBƏRLƏR

"Abşeron" yatağından qaz hasilatı 4 dəfəyə qədər artırılacaq

SENTYABR 01, 2023

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının illik hasilatı 4 dəfəyə qədər artırılacaq. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında yazıb.

"Abşeron" yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - deyə nazir əlavə edib.

Xatırladaq ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

https://report.az/energetika/perviz-sahbazov-abseron-yatagindan-qaz-hasilati-4-defeye-qeder-artirilacaq/