Avqustda Azərbaycan neft hasilatının gündəlik həcmini əvvəlki ayda olduğu kimi, 500 min barel səviyyəsində saxlayıb.
"S&P Global Commodity Insights"ın "Platts"ın sorğusu əsasında apardığı araşdırmaya istinadən xəbər verir ki, bu göstərici OPEC-in kvotasından sutkada 184 min barel geri qalır. Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 684 min bareldir.
Araşdırmaya görə, Səudiyyə Ərəbistanı və Rusiyada hasilatın azalmasını daha çox kompensasiya etmək üçün şərait yaradan İran, İraq və Nigeriyada hasilatın artımı hesabına OPEC+ ölkələrində neft hasilatı avqustda gündəlik 120 min barel təşkil edib.
OPEC+ hasilatı orta hesabla aylıq müqayisədə 40,52 milyon barel təşkil edib. 13 OPEC üzvü isə gündəlik 190 min barel hasil edib.
S&P bildirib ki, hasilatın xalis artımına baxmayaraq, qrupun neft hasilatı bu yayın əvvəlindəki səviyyədən xeyli aşağı olaraq qalır. Çünki Səudiyyə Ərəbistanı bazar qiymətlərini dəstəkləmək üçün iyul ayından könüllü olaraq gündəlik hasilatı 1 milyon barel azaldıb.
Araşdırma göstərir ki, Səudiyyə Ərəbistanının neft hasilatı avqust ayında gündəlik 8,95 milyon barel olub ki, bu da əvvəlki ayla müqayisədə gündəlik 100 min barel azalıb və 2021-ci ilin may ayından bəri ən aşağı göstəricidir.
Qrupun ən böyük qeyri-OPEC istehsalçısı olan Rusiya avqust ayında hasilatı sutkada 20 min barel azaldaraq 9,4 milyon barelə çatdırıb. İyulda Rusiya hasilatı sutkada 500 min barel azaltmağa söz vermişdi. Lakin bunun hasilata deyil, ixraca aid olduğunu aydınlaşdırdı. Sonradan sentyabr ayından etibarən gözlənilən hasilat azaldılmasını gündəlik 300 min barelə endirəcəyi bildirilib.
May ayından bəri digər OPEC+ üzvləri tərəfindən həyata keçirilən daha kiçik ixtisarların üstünə gələn Səudiyyə Ərəbistanının təmkinliliyi əsasən neft qiymətlərinin son 10 ayın ən yüksək səviyyəsinə qalxması ilə bağlıdır.
“S&P Global” analitiklərinin fikrincə, ilin ikinci yarısında gündəlik tədarük çatışmazlığı 1,8 milyon barel səviyyəsində olacaq ki, buna səbəb isə sentyabrın 5-də Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən hasilatın azaldılmasını 2023-cü ilin sonuna qədər uzadılacağını elan edilməsidir.
“S&P Global”a daxil olan “Platts” sentyabrın 6-da “Brent” markalı neftin qiymətini bir barel üçün 91,4 ABŞ dolları səviyyəsində qiymətləndirib ki, bu da iyunun sonundakı göstəricidən 22 % çoxdur.
S&P analitikləri hesab edirlər ki, İran, İraq və Nigeriyada hasilat artımı Səudiyyə Ərəbistanının yüksək hasilat azalmasının fəsadlarını yumşaldır.
Sorğuya əsasən, İranın sutkada 2,95 milyon barel neft hasilatı 2018-ci ilin noyabr ayından bu yana ən yüksək göstərici olub. Çünki, onun əsas idxalçısı Çin qalmaqdadır.
Tədqiqatda deyilir ki, İrana qarşı sanksiyaların təzyiqi də əhəmiyyətli dərəcədə azalıb: “Çünki Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq ona qarşı görülən tədbirlərə diqqəti artırıb və müştərilərə məcburiyyət qorxusu olmadan daha çox İran nefti almağa imkan verib".
Qeyd edək ki, İran OPEC+ razılaşmasına əsasən hasilat kvotalarından azaddır.
Daxili istehlak artdıqca İraqın hasilatı sutkada 110 min barel artıb, dənizaltı sızmasının bir ay ərzində yükləməni dayandırmasından sonra Forkados terminalında yükləmə bərpa olunduğu üçün Nigeriyanın hasilatı sutkada 60 min barel artıb.
Araşdırmada, OPEC-ə daxil olmayan ölkələrdən biri olan Qazaxıstanda yataqların texniki yoxlanışı səbəbindən hasilatın gündəlik 50 min barel azalmasını, digər müttəfiqlərin isə hasilatı sabit saxlanılması qeyd edilib.
OPEC üzvləri İran, Liviya və Venesuela isə kvotadan azaddır.
Qeyd edək ki, OPEC+ Birgə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) avqustun 4-də keçirilən son iclasında qiymətləri dəstəkləmək üçün kvotaların saxlanması barədə qərar qəbul edilib. Bununla belə, bir çox analitiklər OPEC+ üzrə hasilatın azaldılması ilə yanaşı, 2023-cü ilin ikinci yarısında tələbin artımını gözləyirlər ki, bu da neft bazarının sərtləşdirilməsinə gətirib çıxaracaq.
JMMC-nin növbəti iclası oktyabrın 4-nə, nazirlərin tamtərkibli görüşü isə noyabrın 26-na planlaşdırılıb.