XƏBƏRLƏR

BP-nin qlobal hasilatının 7 %-i Azərbaycanın payına düşür

SENTYABR 13, 2023

Britaniyanın BP şirkətinin Azərbaycanda hasil etdiyi neft onun dünyada çıxardığı neftin 7 %-ni təşkil edir.

Bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı Azərbaycan Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində deyib.

T.Bayatlı bildirib ki, təmsil etdiyi şirkət "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu vaxta qədər 168 milyard ABŞ dolları xalis mənfəət əldə edib.

BP rəsmisi həmçinin təmsil etdiyi şirkətin Azərbaycandakı layihələrdə 30 % civarında paya malik olduğunu qeyd edib:

"Bu vaxta qədər BP və onun tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 milyard ABŞ dolları investisiya yatırıb. Cənub Qaz Dəhlizinin ümumi investisiya dəyəri 45 milyard ABŞ dolları proqnozlaşdırılsa da, nəticədə 34 milyard ABŞ dollara başa gəldi".

https://report.az/energetika/bp-nin-qlobal-hasilatinin-7-i-azerbaycanin-payina-dusur/