XƏBƏRLƏR

Azərbaycanda elektrik enerjisinin istehsalı 154,2 milyon kVt/saat artıb

SENTYABR 15, 2023

Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 milyon kVt/saat artaraq 19 milyard 245,2 milyon kVt/saat olub.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir bildirib ki, bu dövr ərzində elektrik enerjisinin ixracı 1 milyard 530,6 milyon kVt/saat, idxal isə 169,3 milyon kVt/saat olub: “Bu ilin yanvar-avqust aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları üzrə 17 milyard 714,1 milyon kVt/saat təşkil edib. Su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 531,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib”.

https://report.az/energetika/perviz-sahbazov-azerbaycanda-elektrik-enerjisinin-istehsali-154-2-milyon-kvt-saat-artib/