Rusiya-Ukrayna müharibəsi nəticəsində əvvəlki marşrutlar pozulduğu üçün Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
XİN başçısının sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.
“Buna görə də bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkan təqdim edir”, - diplomat vurğulayıb.
Xarici işlər naziri onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.
Bu il Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alıb. Diplomat qeyd edib ki, ölkəsinin Türkmənistan və Qətərdən qaz almaq planları var.
https://report.az/energetika/macaristan-xin-bascisi-turk-dovletleri-serqle-qerb-arasinda-korpu-olmaq-ucun-imkan-yaradir/