XƏBƏRLƏR

Azərbaycanda energetika sahəsi üzrə qiymətlərin formalaşdırılması qaydaları müəyyənləşir

SENTYABR 18, 2023

Azərbaycanda energetika sahəsində qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” qanuna uyğun müəyyən ediləcək.

Bu, Milli Məclisə daxil olan "Energetika haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınacaq. Eyni zamanda energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətləri energetika subyektləri sərbəst müəyyən edəcək.

https://report.az/energetika/azerbaycanda-energetika-sahesi-uzre-qiymetlerin-formalasdirilmasi-qaydalari-mueyyenlesir/